Lənkəranda "Xəzər Lənkəran" klubunun əsas və əvəzedici heyətləri arasında yoldaşlıq oyunu keçirilib. Siasport.az saytı xəbər verir ki, matç 5:0 hesabı ilə əsas komandanın xeyrinə bitib. Qarşılaşmada Emeka Opara və yeni transfer olan Julius Vubay hərəyə iki qol vurublar. Daha bir topu isə əvəzedicilərin qapısından heyətə təzə cəlb olunan digər futbolçu Aleksandru Viktorio Pitsurka keçirib. Təqribən 6 min azarkeşin stadionda izlədiyi oyunda baş məşqçi Mirça Rednik yeni trasnferlər də daxil olmaqla demək olar ki, sərəncamında olan bütün futbolçuları sınaqdan keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB