"Qarabağ" klubu "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, Bakıda ilk məşqini İdman Akademiyasının stadionunda keçən komanda 1 saatlıq çalışma yerinə yetirib. Yeni transferlər İlqar Qurbanov, Bojan Pavloviç və Nderim Nedzipinin qatıldığı çalışma təxminən 1 saat davam edib. Daha çox futbolçuların kondisiyalarının bərpasına həsr edilmiş çalışmada zədəli Sahil Kərimov iştirak etməyib. Ayağında ağrı hiss edən Aftandil Hacıyev isə məşqi yarımçıq tərk edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB