"Qarabağ" klubu hazırlıqlarını davam etdirir

10 Fevral 2011 09:40 (UTC+04:00)

"Qarabağ" klubu "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, Bakıda ilk məşqini İdman Akademiyasının stadionunda keçən komanda 1 saatlıq çalışma yerinə yetirib. Yeni transferlər İlqar Qurbanov, Bojan Pavloviç və Nderim Nedzipinin qatıldığı çalışma təxminən 1 saat davam edib. Daha çox futbolçuların kondisiyalarının bərpasına həsr edilmiş çalışmada zədəli Sahil Kərimov iştirak etməyib. Ayağında ağrı hiss edən Aftandil Hacıyev isə məşqi yarımçıq tərk edib.