Azərbaycan idmançıları şahmat məsələ və etüdlərinin həlli üzrə III Dünya Kubokunda uğurla çıxış ediblər
Moskvada şahmat məsələ və etüdlərinin həlli üzrə III Dünya Kuboku keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda ölkəmizi 3 idman ustası - Aqşin Məsimov, Araz Alməmmədov və Ramil Cavadov təmsil edib. İdmançılarımızdan ən yaxşı nəticəni R.Cavadov göstərib. Beş ölkədən 29 idmançının mübarizə apardığı yarışda təmsilçimiz 5-ci yerə layiq görülüb. O, 74 xal toplayıb. Digər idmançılarımız A.Alməmmədov 14, A.Məsimov isə 21-ci nəticə göstərib. Yarışda birinci yerə Dünya çempionu Georgi Yevseyev çıxıb.
Qeyd edək ki, Azərbaycan idmançıları ilk dəfə olaraq tanınmış usta, 4 qat Azərbaycan çempionu, rusiyalı Viktor Lukyanovu geridə qoyublar.
Yarışın qaliblərinə kubok təqdim olunub. R.Cavadova isə pul mükafatı verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB