Moskvada şahmat məsələ və etüdlərinin həlli üzrə III Dünya Kuboku keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda ölkəmizi 3 idman ustası - Aqşin Məsimov, Araz Alməmmədov və Ramil Cavadov təmsil edib. İdmançılarımızdan ən yaxşı nəticəni R.Cavadov göstərib. Beş ölkədən 29 idmançının mübarizə apardığı yarışda təmsilçimiz 5-ci yerə layiq görülüb. O, 74 xal toplayıb. Digər idmançılarımız A.Alməmmədov 14, A.Məsimov isə 21-ci nəticə göstərib. Yarışda birinci yerə Dünya çempionu Georgi Yevseyev çıxıb.
Qeyd edək ki, Azərbaycan idmançıları ilk dəfə olaraq tanınmış usta, 4 qat Azərbaycan çempionu, rusiyalı Viktor Lukyanovu geridə qoyublar.
Yarışın qaliblərinə kubok təqdim olunub. R.Cavadova isə pul mükafatı verilib.