Elvin Məmmədov yayda "Qarabağ"ı tərk edəcək. Siasport.az xəbər verir ki, klub
rəhbərliyinin futbolçu ilə apardığı danışıqlar nəticəsiz qalıb. Belə ki,
"Qarabağ" gənc futbolçuya yeni müqavilə təklif edib. Lakin tərəflər maliyyə
məsələlərində razılığa gələ bilməyiblər. Bu səbəbdən də Elvin yayda başa çatacaq
müqaviləsini yeniləməyib. Onun mövsüm başa çatandan sonra "Bakı"ya transfer
olunacağı gözlənilir.
Xatırladaq ki, Elvin qış transfer pəncərəsi dövründə "Qarabağ"ı tərk edib, "Bakı"ya keçmək istəyirdi. Lakin Ağdam klubu ilə 6 aylıq müqaviləsi olan futbolçunun bu istəyi baş tutmadı.//fanat.az
Xatırladaq ki, Elvin qış transfer pəncərəsi dövründə "Qarabağ"ı tərk edib, "Bakı"ya keçmək istəyirdi. Lakin Ağdam klubu ilə 6 aylıq müqaviləsi olan futbolçunun bu istəyi baş tutmadı.//fanat.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB