Bakıda Dünya Kubokunun təsnifat mərhələsi yarışlarına start verilib

Bakıda Dünya Kubokunun təsnifat mərhələsi yarışlarına start verilib

Bu gün "Sərhədçi" Atçılıq Mərkəzində konkur üzrə Dünya Kubokunun təsnifat mərhələsi yarışlarına start verilib. Siasport.az saytı xəbər verir ki, "Embawood Kuboku" adlı yarışda Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Bolqarıstan idmançıları birincilik uğrunda mübarizə aparırlar.

Turnirdə ölkəmizin idman şərəfini Hikmət Musayev, Seyid Musayev, Camal Rəhimov və Kənan Novruzov qoruyurlar.

Yarışın ilk günü 13 idmançı 21 atla konkurun S** növü üzrə mübarizə aparırlar.

Qeyd edək ki, üç gün davam edəcək yarışın ümumi mükafat fondu 69 min avro təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com