Bu
gün "Sərhədçi" Atçılıq Mərkəzində konkur üzrə Dünya Kubokunun təsnifat
mərhələsi yarışlarına start verilib. Siasport.az saytı xəbər verir ki,
"Embawood Kuboku" adlı yarışda Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və
Bolqarıstan idmançıları birincilik uğrunda mübarizə aparırlar.
Turnirdə ölkəmizin idman şərəfini Hikmət Musayev, Seyid Musayev, Camal Rəhimov
və Kənan Novruzov qoruyurlar.
Yarışın ilk günü 13 idmançı 21 atla konkurun S** növü üzrə mübarizə aparırlar.
Qeyd edək ki, üç gün davam edəcək yarışın ümumi mükafat fondu 69 min avro
təşkil edir.