İspaniya Kral Kubokunun yarımfinal qarşılaşmasında "Atletiko Madrid"i 3-1 hesabı ilə məğlub edən "Real Madrid"in ünvanına ispan mətbuatından böyük təriflər yağdırılır. Siasport.az saytı xəbər verir ki, qarşılaşmanın "Real Madrid" üçün qələbə ilə başa çatmasında böyük pay sahibi olan Məsut Özil sərgilədiyi oyunu ilə təkcə tərəfdarların deyil, həm də mətbuatın diqqətini və sevgisini qazanıb. Belə ki, İspaniyanın əsas idman nəşrlərindən olan "Marça qəzeti, "Real"ın türk əsilli alman futbolçusunu "Santyaqo Bernabeunun fatehi" adlandırıb. Qəzet "Real"ın digər bir ulduz futbolçusu Kərim Benzemanın meydanda istənilən futbol göstərmədiyini yazaraq, ondan tam fərqli olaraq M.Özilin komanda yoldaşlarına yaxşı ötürmələr verdiyini və meydanda yorulmadan mübarizə apardığını qeyd edib. "AS" qəzeti də "Real"ın türk əsilli oyunçusunu xüsusi qeyd edib. Qəzet yazır ki qarşılaşmada "Real"ın qollarına Ramos, Ronaldo və Özil imza atıb. Amma qəzet M.Özilin qarşılaşmada sərgilədiyi oyunundan xüsusi qeydlərə yer verərək yazır ki, Ronaldo və M.Özil oyunun taleyini həll edəcək gözəl futbol sərgiləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB