Mətbuat Məsut Özili tərifləyir
14 Yanvar 2011 16:36 (UTC+04:00)
İspaniya
Kral Kubokunun yarımfinal qarşılaşmasında "Atletiko Madrid"i 3-1 hesabı ilə
məğlub edən "Real Madrid"in ünvanına ispan mətbuatından böyük təriflər yağdırılır.
Siasport.az saytı xəbər verir ki, qarşılaşmanın "Real Madrid" üçün qələbə ilə
başa çatmasında böyük pay sahibi olan
Məsut Özil sərgilədiyi oyunu ilə təkcə tərəfdarların deyil, həm də mətbuatın diqqətini və sevgisini
qazanıb. Belə ki, İspaniyanın əsas idman
nəşrlərindən olan "Marça qəzeti, "Real"ın türk əsilli alman futbolçusunu "Santyaqo Bernabeunun fatehi"
adlandırıb. Qəzet "Real"ın digər bir
ulduz futbolçusu Kərim Benzemanın meydanda istənilən futbol göstərmədiyini
yazaraq, ondan tam fərqli olaraq M.Özilin komanda yoldaşlarına yaxşı ötürmələr
verdiyini və meydanda yorulmadan mübarizə apardığını qeyd edib. "AS" qəzeti də
"Real"ın türk əsilli oyunçusunu xüsusi qeyd edib. Qəzet yazır ki qarşılaşmada
"Real"ın qollarına Ramos, Ronaldo və Özil imza atıb. Amma qəzet M.Özilin qarşılaşmada
sərgilədiyi oyunundan xüsusi qeydlərə yer verərək yazır ki, Ronaldo və M.Özil oyunun taleyini
həll edəcək gözəl futbol sərgiləyib.