Nigar Arpadarai: "Otellərin bir çoxunda yerlər artıq tutulub" AÇIQLAMA

"Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisinin biletləri satışa çıxarılandan yarışda azarkeş kimi iştirak edəcək insanların sayı dayanmadan artır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlmasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

O qeyd edib ki, həm biletlərin satışı, həm də otəllərin sifarişləri artan temlə davam edir: "Bu da ümid verir ki, gələcək illərdə "Formula-1"dən gələn gəlir artacaq və ölkə iqtisadiyyatına müsbət təsiri olacaq. Otellərin bir çoxunda yerlər artıq tutulub. Xaricdən gələcək media nümayəndələri, komandalar, pilotlar artıq bir çox otellərdə nömrələr sifariş veriblər. Biletlərin də çoxu alınıb. Ancaq bu o demək deyil ki, satışda bilet yoxdur. Maraqlananlar biletləri satış mərkəzlərindən və "online" əldə edə bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...