İyunun 4-dən 8-dək İtalyanın Rimini şəhərində Kikboksinqin WAKO versiyası üzrə növbəti Dünya Kuboku keçiriləcək. SİA-nın məlumatına görə, yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq. İdmançılarımız low-kick, kick-light, full-kontakt, light-kontakt üzrə yarışacaqlar. Yığmamıza milli komandamızın rəisi Sadıq Bağırov rəhbərlik edəcək. Millimiz yarışa iyunun 3-də yola düşəcək. Dünya Kubokunda tanınmış idmançılarımızdan Fuad Zeynalov (kick-light) və Eduard Məmmədov (low-kick) da iştirak edəcək. 89 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək Fuad Zeynalov SİA-ya açıqlamasında yarışa ciddi hazırlaşdığını bildirib: "Dünya Kubokuna yüksək səviyyədə hazırlıq prosesi keçmişəm. Həm fiziki, həm taktiki-texniki, həm də pisixoloji cəhətdən özümü tam hazır hiss edirəm. Rəqiblərimin döyüşlərini izləmişəm və təhlil etmişəm. Dünya Kubokunda ən yüksək nəticəni qazanmağa çalışacağam. Ümüd edirəm ki, Vətənə qızıl medalla qaydacağam".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB