Avropa çempionatında 9-cu turun oyunları başa çatıb

Avropa çempionatında 9-cu turun oyunları başa çatıb

İsraildə keçirilən kişilər arasında şahmat üzrə Avropa çempionatında 9-cu turun oyunları başa çatıb. SİA-nın məlumatına görə, yarışda ölkəmizi Rauf Məmmədov, Nicat Abbasov və Vüqar Rəsulov təmsil edirlər.

9-cu turda Rauf Məmmədov italiyalı şahmatçı Daniel Vakotur, Nicat Abasov isə İsveçrə şahmatçısı Riçart Forsterlə xalları yarı bölüb. Vüqar Rəsulov isə Polşa təmsilçisi Robert Kempskiyə məğlub olub.

9 turdan sonra Rauf Məmmədovun 5.5, Nicat Abasov və Vüqar Rəsulovun isə 5 xalı var.

10-cu turda R. Məmmədov Çexiya təmsilçisi Vlastimil Babula, V. Rəsulov rusiyalı Ernesto İnarkiev və N. Abbasov isə ermənistanlı Arman Mikelyanla qarşılaşacaq.

Çempionat İsveçrə sistemi keçirilir və 11 turdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə