Türkiyənin Antalya şəhərində keçirilən taekvondo üzrə II "Turkish open" turnirinə yekun vurulub. SİA-nın məlumatına görə, 70 ölkədən 1200 idmançının qatıldığı G1 kateqoriyalı yarış Azərbaycan millisi üçün uğurlu keçib. "Turkish open"ə 46 taekvondoçu ilə qatılan yığmamız turnirdə 1 qızıl, 1 gümüş və 6 bürünc medal qazanıb.
Üç gün davam edən yarışın mükafatçıları arasında "Qəbələ" İdman Klubunun təmsilçisi də yer alıb. "Qəbələ"nin üzvü Məhəmmədəli Məmmədov 58 kq çəki dərəcəsində bürünc mükafata sahib olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB