Taekvondoçularımız “Turkish open”də 8 medal qazanıblar

19 Fevral 2015 14:05 (UTC+04:00)

Türkiyənin Antalya şəhərində keçirilən taekvondo üzrə II "Turkish open" turnirinə yekun vurulub. SİA-nın məlumatına görə, 70 ölkədən 1200 idmançının qatıldığı G1 kateqoriyalı yarış Azərbaycan millisi üçün uğurlu keçib. "Turkish open"ə 46 taekvondoçu ilə qatılan yığmamız turnirdə 1 qızıl, 1 gümüş və 6 bürünc medal qazanıb.
Üç gün davam edən yarışın mükafatçıları arasında "Qəbələ" İdman Klubunun təmsilçisi də yer alıb. "Qəbələ"nin üzvü Məhəmmədəli Məmmədov 58 kq çəki dərəcəsində bürünc mükafata sahib olub.