"Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk Antalya toplanışı çərçivəsində baş tutan "Qəbələ" - PSV-2 (Hollandiya) (0:0) matçının ardından hazırlıq barədə fikirlərini bildirib. SİA-nın məlumatına görə, o, futbolçuların yaxşı çalışdıqlarını qeyd edib: "Hazırda işlərimiz, hazırlıq prosesimiz davam edir. Ümumi nə isə demək üçün çox tezdir. Futbolçularımız səylə çalışır. Oyunumuz haqda yalnız fevralın 1-i - "Bakı" ilə qarşılaşmadan sonra danışa bilərik. Hazırkı dövr həmin matça hazırlıq dövrüdür. Yeni futbolçularımız - Rəşad Sadiqov və Aleksey Qay təcrübəli futbolçulardır. Bizim onların oyununa, komandaya xeyir verib-verməyəcəklərinə dair hər hansı bir şübhəmiz yox idi. Onlar zaman ötdükcə öz səviyyələrini göstərirlər. Heyətimizə qatdığımız gənc futbolçular isə çalışırlar və daha çox çalışmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB