Namiq Əliyev Dünya Güləş Birliyinin növbəti Konqresi barədə danışdı
8-14 sentyabr 2014-cü il tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, sentyabrın 7-də Dünya Güləş Birliyinin növbəti Konqresi baş tutub. Konqresdə Azərbaycanı qurumun İcraiyyə Komitəsinin üzvü, AGF-nin I vitse-prezidenti Namiq Əliyev təmsil edib.
Konqres haqqında fikirlərini bildirən AGF-nin I vitse-prezidenti, DGB (Dünya Güləş Birliyi) İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev edilən dəyişiklikləri müsbət qiymətləndirib: "Bu, tarixi bir Konqresdir. Bir ilə yaxın idi ki, qurumun adının və loqosunun dəyişdirilməsi ilə bağlı İcraiyyə Komitəsində müzakirələr aparılırdı. Artıq bu baş tutdu. Uzun müddətdir ki, qurum FİLA adlanırdı və bundan sonra bu adı nostalji hisslərlə xatırlayacağıq. Amma qrapplinq və pankration kimi güləşə yaxın növlərin də quruma daxil olması ad dəyişikliyini zəruri etdi. Digər tərəfdən Beynəlxalq Olimpiya Komitəsinin tövsiyyələri də nəzərə alındı. Qurumun nizamnaməsində də müəyyən dəyişikliklər edildi. Eyni zamanda, iki ildir ki, quruma başçılıq edən Nenad Laloviç yenidən Dünya Güləş Birliyinin prezidenti seçildi. O, qarşıdakı 6 il ərzində quruma rəhbərlik edəcək".
2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları barədə danışan AGF rəsmisi Konqresdə Oyunlara hazırlıq barədə təqdimatın iştirakçılar tərəfindən yüksək qiymətləndirildiyini bildirdi: "Avropa Oyunlarında güləşin əvvəlcə 6 çəki dərəcəsində təmsil olunması nəzərdə tutulurdu. Artıq aparılan danışıqlar nəticəsində bütün 8 çəki dərəcələrinin də oyunlarda iştirakı razılaşdırılıb. Biz istəyirik ki, Olimpiya Oyunlarında da güləş bütün çəki dərəcələrində təmsil olunsun. Çünki olimpiadaya salınmayan çəki dərəcələrinin də inkişaf etdirilməsi bizim əsas prioritetlərimizdəndir".
Namiq Əliyev Dünya Güləş Birliyinin "Şərəf zalı"nda Azərbaycan güləşçilərinin təmsil olunması məsələsinə münasibət bildirərkən bu barədə planlarının olduğunu deyib: "Olimpiya və üçqat Avropa çempionu Namiq Abdullayev, Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov kimi Azərbaycanın tanınmış güləşçilərinin Dünya Güləş Birliyinin "Şərəf zalı"nda təmsil olunması bizim yaxın gələcək üçün əsas planlarımızdan biridir. Düşünürəm ki, onlar dünya güləşində öz layiqli yerlərini tutacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər

Xəbər lenti
NATO iki həftəlik təlimlərə başlayır
Dünya 15:22Zülfiyyə borca düşdü
Şou-Biznes 14:55FHN Abşeron rayonunda seminar-müşavirə keçirib
Sosial 14:55Parlamentdə ictimai dinləmə təşkil ediləcək
Siyasət 14:53Neftçilər günü münasibətilə Ərazi Partiya Təşkilatında tədbir keçirilib
İqtisadiyyat 14:32"Ödəmə qabiliyyəti zəif olan müştərilər risk yaradır" - AYDINLIQ GƏTİRİLDİ
İqtisadiyyat 14:22"Fermerlərin potensialı tam istifadə olunmur" - AYDINLIQ GƏTİRİLDİ
İqtisadiyyat 13:10Sabaha olan hava proqnozu AÇIQLANDI
Sosial 12:57Baş prokuroru Kamran Əliyev Naxçıvanda səfərdədir
Sosial 12:53Naxçıvanda sahibkarlara 8,4 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib
İqtisadiyyat 12:51Zakir Həsənov Çinə getdi
Siyasət 12:45Cinayətlərin sayı azalıb - Baş Prokurorluq:
Hadisə 12:11Dostluq və impiçment - RAKURS
Siyasət 12:11Yol terrorunu KİM YARADIR?
Sosial 12:05Baş Prokurorluqda Kibertəhlükəsizlik şöbəsi yaradılıb
Siyasət 12:01Bakıda kafe yanıb
Hadisə 11:08Azərbaycan OIC-CERT təşkilatının növbəti iclasında təmsil olunub
İqtisadiyyat 11:07Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
Hadisə 11:04Dünya bazarında qızıl 39 dollardan çox ucuzlaşıb
İqtisadiyyat 10:57İsrailli nazirdən qalmaqallı etiraf
Dünya 10:52Binəqədidə sexin döşəməsi çöküb, ölən var
Hadisə 10:34İsrail ordusunun Qəzzaya hücumları davam edir
Dünya 10:28Nizami rayonunda ev yanır
Hadisə 10:08Əmtəə bazarlarında qızıl 3 700 dollardan aşağı səviyyədə ticarət olunur
İqtisadiyyat 10:03“Azeri Light” neftinin qiyməti 71 dollara yaxınlaşır
İqtisadiyyat 09:45Dünya bazarlarında neftin ucuzlaşması davam edir
İqtisadiyyat 09:18Bu günün valyuta məzənnələri
İqtisadiyyat 09:16Selenanın toy tarixi AÇIQLANDI
Şou-Biznes 08:40Bakıda 14 istiqamətdə tıxac var - SİYAHI
Sosial 08:24Rusiya qüvvələri bu kəndə daxil oldu
Dünya 08:16Dördüncü dəfə ana olacaq
Şou-Biznes 07:39DİQQƏT: Bu ölkədə internet söndürüldü
Dünya 07:10“Eşref Rüya”da yeni sima
Şou-Biznes 06:49Azərbaycanda Milli Musiqi Günüdür
Mədəniyyət 06:23Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD 1,7000
0,00%
-
EUR 2,0052
-0,51%
-
GBP 2,3131
-0,26%
-
RUB 2,0331
-0,49%