Paralimpiyaçılarımız dünya çempionatında iştirak edəcək

Paralimpiyaçılarımız dünya çempionatında iştirak edəcək

İyulun 17-dən 27-dək Almaniyanın Sulh şəhərində güllə atıcılığı üzrə dünya çempionatı keçiriləcək. Azərbaycan Milli Paralimpiya Komitəsindən bildiriblər ki, dünya çempionatında birinci və ikinci yerləri tutan idmançılar 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanacaqlar.

Dünya çempionatında ölkəmizi Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə komandasının idmançıları Elena Taranova, Əkbər Muradov, Elşad Məmmədov və Kamran Zeynalov təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə