“Azərreyl” CEV kubokunun 1/4 final mərhələsinə çıxıb

Qadın voleybolçulardan ibarət komandalar arasında Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, Bakının "Azərreyl" komandası səfərdə Çexiyanın "Olomuts" kollektivinin qonağı olub.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüş "Azərreyl"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, komandalar arasında Bakıda keçirilmiş ilk oyunda da Azərbaycan təmsilçisi rəqibinə qalib gəlmişdi - 3:0. İki oyunun nəticəsinə əsasən "Azərreyl" komandası CEV kuboku yarışlarının 1/4 final mərhələsinə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə