Topaz Premyer Liqasının təsnifat mərhələsinin oyunlarını 262720 tamaşaçı izləyib. Siasport.az saytının məlumatına görə, nəticəsi ləğv olunan "Simurq" - "Rəvan" matçını nəzərə almasaq, baş tutan 131 oyunda orta tamaşaçı sayı 2005-ə bərabər olub.
Azarkeş sayında mövsümün rekordu "Xəzər Lənkəran" - "İnter" matçında qeydə alınıb - 11000. Ən az azarkeş isə "Kəpəz" - "Simurq" qarşılaşmasında olub - 50. Bu matçlar müvafiq olaraq 19-cu və 22-ci turlarda keçirilib.
Ümumi azarkeş sayında isə "Xəzər Lənkəran" hamıdan öndədir. Cənubluların ev oyunlarını 69700 tamaşaçı izləyib. "Xəzər Lənkəran" bu göstəricidə 2-ci olan "Sumqayıt"ı 2 dəfədən də çox qabaqlayır. 3-cü pillədə isə "Kəpəz"dir. Əvvəlki mövsümlərdə olduğu kimi paytaxtda oynayan klublar yenə cədvəldə son pillələrdə qərarlaşıblar.
|
1 |
Xəzər Lənkəran |
11 |
69700 |
6336 |
|
2 |
Sumqayıt |
11 |
32750 |
2977 |
|
3 |
Kəpəz (Gəncə) |
11 |
31100 |
2827 |
|
4 |
Turan (Tovuz) |
11 |
29050 |
2641 |
|
5 |
Simurq (Zaqatala) |
10 |
24400 |
2440 |
|
6 |
Neftçi (Bakı) |
11 |
20250 |
1841 |
|
7 |
Qəbələ |
11 |
13780 |
1253 |
|
8 |
Bakı |
11 |
11080 |
1007 |
|
9 |
AZAL (Bakı) |
11 |
10400 |
946 |
|
10 |
İnter (Bakı) |
11 |
8850 |
805 |
|
11 |
Rəvan (Bakı) |
11 |
6860 |
624 |
|
12 |
Qarabağ (Ağdam) |
11 |
4500 |
409 |
|
Cəmi |
oyun |
azarkeş |
orta say |
|
|
131 |
262720 |
2005 |
||
Təsnifat mərhələsinin oyunları 8-i Bakıda olmaqla 15 müxtəlif stadionda keçirilib. Lənkəran şəhər stadionu topladığı tamaşaçı sayında böyük üstünlüklə zirvədə qərarlaşıb. Gəncə stadionu 2-ci, Sumqayıt isə 3-cü pillədədir.
|
1 |
Lənkəran şəhər stadionu |
10 |
68700 |
6870 |
|
2 |
Gəncə şəhər stadionu |
8 |
30500 |
3813 |
|
3 |
Sumqayıt şəhər stadionu |
10 |
33700 |
3370 |
|
4 |
Tovuz şəhər stadionu |
9 |
28400 |
3156 |
|
5 |
Zaqatala şəhər stadionu |
10 |
24400 |
2440 |
|
6 |
8-ci km. stadionu (Bakcell Arena) |
6 |
12700 |
2117 |
|
7 |
Bakıxanov qəsəbə stadionu |
6 |
8050 |
1342 |
|
8 |
Qəbələ şəhər stadionu |
10 |
13280 |
1328 |
|
9 |
AZAL Arena stadionu |
12 |
12400 |
1033 |
|
10 |
"Bakı" FK-nın bazasının stadionu |
11 |
11080 |
1007 |
|
11 |
"Şəfa" stadionu |
9 |
6350 |
706 |
|
12 |
Bayıl Arena stadionu |
12 |
6610 |
551 |
|
13 |
Böyük Əmili qəsəbə stadionu |
1 |
500 |
500 |
|
14 |
T.Bəhramov adına Respublika stadionu |
9 |
3350 |
372 |
|
15 |
Dalğa Arena stadionu |
8 |
2700 |
338 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB