“Xəzər Lənkəran” ən çox azarkeş toplayan komandadır STATİSTİKA

8 Mart 2013 13:26 (UTC+04:00)

Topaz Premyer Liqasının təsnifat mərhələsinin oyunlarını 262720 tamaşaçı izləyib. Siasport.az saytının məlumatına görə, nəticəsi ləğv olunan "Simurq" - "Rəvan" matçını nəzərə almasaq, baş tutan 131 oyunda orta tamaşaçı sayı 2005-ə bərabər olub.

Azarkeş sayında mövsümün rekordu "Xəzər Lənkəran" - "İnter" matçında qeydə alınıb - 11000. Ən az azarkeş isə "Kəpəz" - "Simurq" qarşılaşmasında olub - 50. Bu matçlar müvafiq olaraq 19-cu və 22-ci turlarda keçirilib.

Ümumi azarkeş sayında isə "Xəzər Lənkəran" hamıdan öndədir. Cənubluların ev oyunlarını 69700 tamaşaçı izləyib. "Xəzər Lənkəran" bu göstəricidə 2-ci olan "Sumqayıt"ı 2 dəfədən də çox qabaqlayır. 3-cü pillədə isə "Kəpəz"dir. Əvvəlki mövsümlərdə olduğu kimi paytaxtda oynayan klublar yenə cədvəldə son pillələrdə qərarlaşıblar.

1

Xəzər Lənkəran

11

69700

6336

2

Sumqayıt

11

32750

2977

3

Kəpəz (Gəncə)

11

31100

2827

4

Turan (Tovuz)

11

29050

2641

5

Simurq (Zaqatala)

10

24400

2440

6

Neftçi (Bakı)

11

20250

1841

7

Qəbələ

11

13780

1253

8

Bakı

11

11080

1007

9

AZAL (Bakı)

11

10400

946

10

İnter (Bakı)

11

8850

805

11

Rəvan (Bakı)

11

6860

624

12

Qarabağ (Ağdam)

11

4500

409

Cəmi

oyun

azarkeş

orta say

131

262720

2005

Təsnifat mərhələsinin oyunları 8-i Bakıda olmaqla 15 müxtəlif stadionda keçirilib. Lənkəran şəhər stadionu topladığı tamaşaçı sayında böyük üstünlüklə zirvədə qərarlaşıb. Gəncə stadionu 2-ci, Sumqayıt isə 3-cü pillədədir.

1

Lənkəran şəhər stadionu

10

68700

6870

2

Gəncə şəhər stadionu

8

30500

3813

3

Sumqayıt şəhər stadionu

10

33700

3370

4

Tovuz şəhər stadionu

9

28400

3156

5

Zaqatala şəhər stadionu

10

24400

2440

6

8-ci km. stadionu (Bakcell Arena)

6

12700

2117

7

Bakıxanov qəsəbə stadionu

6

8050

1342

8

Qəbələ şəhər stadionu

10

13280

1328

9

AZAL Arena stadionu

12

12400

1033

10

"Bakı" FK-nın bazasının stadionu

11

11080

1007

11

"Şəfa" stadionu

9

6350

706

12

Bayıl Arena stadionu

12

6610

551

13

Böyük Əmili qəsəbə stadionu

1

500

500

14

T.Bəhramov adına Respublika stadionu

9

3350

372

15

Dalğa Arena stadionu

8

2700

338