UEFA-nın hakim-inspektoru Pyerluici Kollina "Mançester Yuneyted" – "Real" matçının hakimi Cüneyt Çakırın idarəçiliyinə rəsmi qiymət verib. Siasport.az saytı xəbər verir ki, ingilislərin lənət hədəfinə çevrilən C.Çakır 8,2 bal alıb ki, bu da yaxşı göstərici hesab olunur. Kollina yalnız matçın sonunda hakimi alqışlamaqla etiraz edən "MY"nin futbolçusu Rio Ferdinanda sarı vərəqə göstərməməsini Çakıra irad tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB