Kollina Cüneyt Çakıra yaxşı qiymət verdi

7 Mart 2013 15:46 (UTC+04:00)

UEFA-nın hakim-inspektoru Pyerluici Kollina "Mançester Yuneyted" – "Real" matçının hakimi Cüneyt Çakırın idarəçiliyinə rəsmi qiymət verib. Siasport.az saytı xəbər verir ki, ingilislərin lənət hədəfinə çevrilən C.Çakır 8,2 bal alıb ki, bu da yaxşı göstərici hesab olunur. Kollina yalnız matçın sonunda hakimi alqışlamaqla etiraz edən "MY"nin futbolçusu Rio Ferdinanda sarı vərəqə göstərməməsini Çakıra irad tutub.