"Simurq" daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirdi

"Simurq" daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Siasport.az saytının məlumatına görə, komanda Antalya toplanışının son günlərində düşərgəyə gəlmiş Kiso Nenadla rəsmi müqavilə bağlayıb. 23 yaşlı bosniyalı futbolçu mövsümün sonuna qədər Zaqatala təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, Kiso karyerası ərzində ölkəsinin 21 yaşlılardan ibarət yığma komandasında da forma geyinib. Gənc yarımmüdafiəçinin son klubu ötən mövsüm Macarıstan çempionatının qalibi "Debretsen" kollektivi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə