Futbol üzrə İtaliya A Seriyasının 14-cü turu çərrçivəsində keçirilən qarşılaşmalarda maraqlı nəticələr qeydə alınıb. Siasport.az saytı xəbər verir ki, A Seriyasının mərkəzi görüşündə "Yuventus və "Milan" üz-üzə gəliblər. İki əzəli rəqibin qarşılaşması olduqca gərgin və prinsipial oyunla yadda qalıb. "Milan" bu çətin derbidən 1:0 hesablı qələbə ilə ayrılıb. Səfərdə "Torino"nun qonağı olan "Fiorentina" rəqibin müqavimətini qıra bilməyib. Hərəyə iki dəfə fərqlənən komandalar görüşdən 1 xalla ayrılıblar - 1:1.
Turun mərkəzi qarşılaşması Milanda keçirilib. Burada "Yuventus"u qəbul edən "Milan" rəqibini tək qolla keçib. Robinyonun matçın 31-ci dəqiqəsində penaltidən vurduğu qol oyunda yeganə olub - 1:0.
14-cü tura bu axşam keçiriləcək iki oyunla yekun vurulacaq.
24 noyabr
İtaliya A Seriyası, XIV turun oyunları
"Palermo" - "Kataniya" - 3:1
Qollar: Mikkoli, 10 (1:0), İliçiç, 49 (2:0), 60 (3:0), Lodi, 70 (3:1)
25 noyabr
"Atalanta" - "Genua" - 0:1
Qol: Bertolakki, 39 (0:1)
"Kievo" - "Siena" - 0:0
"Sampdoriya" - "Boloniya" - 1:0
Qol: Poli, 61 (1:0)
"Torino" - "Fiorentina" - 2:2
Qollar: Serki, 40 (1:0), Rodriqez, 74-pen (1:1), Birsa, 76 (2:1), Əl Hamdoui, 84 (2:2)
"Peskara" - "Roma" - 0:1
Qol: Destro, 5 (0:1)
"Milan" - "Yuventus" - 1:0
Qol: Robinyo, 31-pen (1:0)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB