"Milan" "qoca sinyoraya" aman vermədi!

26 Noyabr 2012 12:05 (UTC+04:00)

Futbol üzrə İtaliya A Seriyasının 14-cü turu çərrçivəsində keçirilən qarşılaşmalarda maraqlı nəticələr qeydə alınıb. Siasport.az saytı xəbər verir ki, A Seriyasının mərkəzi görüşündə "Yuventus və "Milan" üz-üzə gəliblər. İki əzəli rəqibin qarşılaşması olduqca gərgin və prinsipial oyunla yadda qalıb. "Milan" bu çətin derbidən 1:0 hesablı qələbə ilə ayrılıb. Səfərdə "Torino"nun qonağı olan "Fiorentina" rəqibin müqavimətini qıra bilməyib. Hərəyə iki dəfə fərqlənən komandalar görüşdən 1 xalla ayrılıblar - 1:1.

Turun mərkəzi qarşılaşması Milanda keçirilib. Burada "Yuventus"u qəbul edən "Milan" rəqibini tək qolla keçib. Robinyonun matçın 31-ci dəqiqəsində penaltidən vurduğu qol oyunda yeganə olub - 1:0.

14-cü tura bu axşam keçiriləcək iki oyunla yekun vurulacaq.

24 noyabr

İtaliya A Seriyası, XIV turun oyunları

"Palermo" - "Kataniya" - 3:1
Qollar:
Mikkoli, 10 (1:0), İliçiç, 49 (2:0), 60 (3:0), Lodi, 70 (3:1)

25 noyabr

"Atalanta" - "Genua" - 0:1
Qol:
Bertolakki, 39 (0:1)

"Kievo" - "Siena" - 0:0

"Sampdoriya" - "Boloniya" - 1:0
Qol:
Poli, 61 (1:0)

"Torino" - "Fiorentina" - 2:2
Qollar:
Serki, 40 (1:0), Rodriqez, 74-pen (1:1), Birsa, 76 (2:1), Əl Hamdoui, 84 (2:2)

"Peskara" - "Roma" - 0:1
Qol:
Destro, 5 (0:1)

"Milan" - "Yuventus" - 1:0
Qol:
Robinyo, 31-pen (1:0)