Yığmamız Zambiya komandası ilə qarşılaşacaq

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə hazırlığını davam etdirən 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirəcək. Siasport.az saytının məlumatına görə, komandamızın rəqibi Zambiya yığması olacaq. Qarşılaşma sentyabrın 3-də, saat 20:00-da, Bayıl stadionunda keçiriləcək. Zambiya yığmasının rəqib seçilməsinin səbəbi dünya çempionatında yığmamızın rəqiblərindən birinin Afrika təmsilçisi - Nigeriya komandası olmasıdır. DÇ 2012-də A qrupunda mübarizə aparacaq yığmamızın digər rəqibləri Kolumbiya və Kanada komandalarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...