Gənclər və
idman naziri Azad Rəhimov Tofiq Bəhramov stadionunun təmirinin hazırki vəziyyəti və
stadionun açılış mərasimi haqda məlumat verib. SİA-nın məlumatına görə, Azad
Rəhimov həmçinin, Azərbaycanda keçiriləcək 17 yaşlı qızlar arasında dünya
çempionatı haqda da danışıb. O, ölkəmizdə baş tutacaq bu mötəbər yarışın açılış
mərasiminin çox yüksək səviyyədə təşkil olunacağını ifadə edib. Dünya
Çempionatına Tofiq Bəhramov adına stadionun açılış günü start veriləcəyini
bildirib: "Çempionatın açılış oyunu Tofiq Bəhramov adına ölkə stadionda baş
tutacaq. Hazırda isə stadionda açılışla bağlı hazırlıq işləri gedir. Stadion
50-ci illərdə istifadəyə verilməyinə baxmayaraq hazırda çox gözəl görünüşə malikdir\".
Azad Rəhimov açılış mərasimində iştirak etmək üçün dünya ölkələrindən tanınmış musiqiçilərin
və futbol nümayəndələrinin də dəvət olunduğunu və bütün hazırlıqların yüksək
səviyyədə aparıldığını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə