Tofiq Bəhramov stadionunun möhtəşəm açılışı olacaq

8 İyun 2012 16:27 (UTC+04:00)

Gənclər və idman naziri Azad Rəhimov Tofiq Bəhramov stadionunun təmirinin hazırki vəziyyəti və stadionun açılış mərasimi haqda məlumat verib. SİA-nın məlumatına görə, Azad Rəhimov həmçinin, Azərbaycanda keçiriləcək 17 yaşlı qızlar arasında dünya çempionatı haqda da danışıb. O, ölkəmizdə baş tutacaq bu mötəbər yarışın açılış mərasiminin çox yüksək səviyyədə təşkil olunacağını ifadə edib. Dünya Çempionatına Tofiq Bəhramov adına stadionun açılış günü start veriləcəyini bildirib: "Çempionatın açılış oyunu Tofiq Bəhramov adına ölkə stadionda baş tutacaq. Hazırda isə stadionda açılışla bağlı hazırlıq işləri gedir. Stadion 50-ci illərdə istifadəyə verilməyinə baxmayaraq hazırda çox gözəl görünüşə malikdir\".
Azad Rəhimov açılış mərasimində iştirak etmək üçün dünya ölkələrindən tanınmış musiqiçilərin və futbol nümayəndələrinin də dəvət olunduğunu və bütün hazırlıqların yüksək səviyyədə aparıldığını dilə gətirib.