“Qarabağ” klubu “Feyenord”a minimal hesabla məğlub olub

“Qarabağ” klubu “Feyenord”a minimal hesabla məğlub olub

Xəbər verdiyimiz kimi, "Qarabağ"ın 15 yaşlı futbolçulardan ibarət komandası "Qəbələ Cup"da ikinci oyununa çıxıb. Siasport.az saytının məlumatına görə, "Feyenord"la baş tutan oyundan öncə turnirin açılış mərasimi keçirilib. Bundan sonra isə qarşılaşmaya start verilib. Oyuna isə Azərbaycan təmsilçisi inamlı başlayıb. Belə ki, daha çox 1998 təvəllüdlü futbolçulara şans verən komandanın baş məşqçisi Xəyal Həsənovun yetirmələri öz yaşıdları arasında bir neçə titul qazanan sahibindən, adlı-sanlı rəqibindən çəkinməyib. 9-cu dəqiqədə 13 yaşlı Ruslan Hacıyev 3 futbolçunu keçərək qapıçıyla təkbətək çıxsa da onun zərbəsi qapının üstündən keçib. Əvəzində isə daha təcrübəli olan hollandlar ilk imkanda hesabı açan zaman dəqiqələr 17-ni göstərib.

Məlumat üçün bildirək ki, ikinci hissə bərabər mübarizə ilə yadda qalsa da, qapılara qol vurulmayıb və "Qarabağ" klubu "`Feyenord"a 1:0 hesabı ilə məğlub olub. Sabah Ağdam təmsilçisi qrup mərhələsinin son oyununda Serbiya millisiylə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə