Milanda güllə atıcılığı üzrə Dünya Kuboku yarışları start götürüb. Siasport.az saytı xəbər verir ki, bu yarışlarda Azərbaycan yığmasını komandanın baş məşqçisi İradə Aşumova və Ruslan Lunev təmsil edəcəklər. Bu gün Aşumova və Lunev pnevmatik tapançadan atəşaçma yarışlarında çıxış edəcəklər. Bundan əlavə, Aşumova kiçikçaplı tapançadan atəşaçma, Lunev isə sürətli atəşaçma yarışlarında iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB