Bu gün güllə atıcılarımız Dünya Kuboku yarışlarında çıxış edəcəklər

16 May 2012 00:59 (UTC+04:00)
Milanda güllə atıcılığı üzrə Dünya Kuboku yarışları start götürüb. Siasport.az saytı xəbər verir ki, bu yarışlarda Azərbaycan yığmasını komandanın baş məşqçisi İradə Aşumova və Ruslan Lunev təmsil edəcəklər. Bu gün Aşumova və Lunev pnevmatik tapançadan atəşaçma yarışlarında çıxış edəcəklər. Bundan əlavə, Aşumova kiçikçaplı tapançadan atəşaçma, Lunev isə sürətli atəşaçma yarışlarında iştirak edəcək.