Gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilib

Gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilib
Bakı şəhər Gənclər və İdman İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Şağan Olimpiya İdman Kompleksində 1990-1991-ci il təvəllüdlü gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, birincilikdə KK/TT, 11№-li UGİM, "Neftçi"İSM, 13№-li UGİM, "Zenit"İC, "DİN"İC, "Sərhədçi"OİK, "Çevik"İK, "Ümid"İK, "Kano"İK, "Lokomativ"İSM, "Sakura"İK, "Atilıla"İK, "Lider"İK, "Təhsil"RİM, "Elf"İK, "AzTU"İK, "Nəqşi-Cahan"İK və "Ruslan"İSM komandalarını təmsil edən 176 nəfər idmançı mübarizə aparıb.

Məlumat üçün bildirək ki, yarışda oğlanlar arasında 60 kq çəki dərəcəsində I yerə Şeydabəyov Nurlan (KK/TT), 66 kq çəki dərəcəsində I yerə Seyidi Mir Elturan (Neftçi İSM),73 kq çəki dərəcəsində I yerə Piriyev İsmayıl (Neftçi İSM), 81 kq çəki dərəcəsində I yerə Əhmədzadə Yasin (Lokomotiv İSM), 90 kq çəki dərəcəsində I yerə İmanov İmran (Neftçi İSM), 100 kq çəki dərəcəsində I yerə Şükürlü Cəlil (Neftçi İSM), +100 kq çəki dərəcəsində I yerə Fətiyev Andrey (DİN İC), qızlar arasında isə 48 kq çəki dərəcəsində I yerə Abbaszadə Nərmin (KK/TT), 52 kq çəki dərəcəsində I yerə Eyvazova Vəfa (13№-li UGİM), 57 kq çəki dərəcəsində I yerə Paşayeva Pərvanə (Sərhədçi OİK), 63 kq çəki dərəcəsində I yerə Qurbanova Ellada (Lider İK), 70 kq çəki dərəcəsində I yerə İmanova Kəmalə (DİN İC),78 kq çəki dərəcəsində I yerə Əliməmmədli Günay (9№li UGİM) layiq görülüb.

Qeyd edək ki, yarışda qalib gələn idmançılar Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə