Roberto Mançini "Mançester Siti"yə "vurulub"

Roberto Mançini "Mançester Siti"yə "vurulub"
İngiltərənin "Mançester Siti" futbol klubunun italiyalı baş məşqçisi Roberto Mançini ərəb şeyxlərinin var-dövlətinə və "Dumanlı albiom"a yaman aşiq imiş. Siasport.az saytı xəbər verir ki, ötən həftə hələ uzun illər boyu "Mançester Siti"də qalmaq istəyini italyan mətbuatına açıqalayan R.Mançini, dünən bu arzusunu "The Sun" qəzetində bir daha təkrarlayıb. İtalyan futbol mütəxəssisi, daha 3-4 il də ingilis klubunda qalmaq istəyini yenidən dilə gətirərək bildirib ki, klubun sərmayəçiləri ilə birlikdə "Mançester Siti"nin dünyanın ən yaxşı və güclü komandası olması üçün hazırlanan planın əsas hissəsini reallaşdırmaqda və uğurla başa çatdırmaqda iştirak etmək istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə