Boks üzrə dünya birinciliyi davam edir

Boks üzrə dünya birinciliyi davam edir

Qazaxıstanın paytaxtı Astanada boks üzrə yeniyetmələr arasında dünya birinciliyi davam edir. Siasport.az sayı xəbər verir ki, yarışın 3-cü günündə rinqə çıxan idmançılarımızdan ikisi qələbə qazanıb, ikisi isə məğlub olub. 52 kq çəki dərəcəsində mübarizə aparan Nəsrəddin Məmmədov ukraynalı Stanislav Qatskonu 17:7 hesabı ilə məğlub edərək, 14 finala yüksəlib. İman Əhmədli (57 kq) komanda yoldaşının uğurunu davam etdirə bilməyib. Boksçumuz Cənubi Koreya təmsilçisi Honq İn Pyoya 8:13 hesabı ilə uduzub. 70 kq çəki dərəcəsində yarışan Orxan Mayıllı isə rinqi qalib tərk edib. Həmyerlimiz Belarus idmançısı Qleb Sinkeviçdən üstün olub – 13:8. Günün sonunda rinqə çıxmış Rahil Məmmədli (80 kq) gərgin mübarizədə Rusiya nümayəndəsi Ruslan Yurçenkoya 1 xal fərqlə uduzub-15:16. Bu gün dünya birinciliyində daha 6 boksçumuz növbəti görüşlərini keçirəcəklər.

46 kq - Elnur Şəfizadə - Şaxtimurad Muradov (Türkmənistan)

50 kq – Malik Muradov – Camal Qasım (İraq)

54 kq – Peyman Yusifli – Beqzan Kibitkal (Qazaxıstan)

60 kq - Nurlan Nağıyev – Fraser Qorn (Şotlandiya)

75 kq – Nəbi Bağırov – Loran Batti (İsveç)

80+kq – Məhəmmədəli Tahirov – Rayan Foulds (Avstraliya)

Bütün xəbərlər Facebook səhifəmizdə