Qazaxıstanın paytaxtı Astanada boks üzrə yeniyetmələr arasında dünya
birinciliyi davam edir. Siasport.az sayı xəbər verir ki, yarışın 3-cü günündə
rinqə çıxan idmançılarımızdan ikisi qələbə qazanıb, ikisi isə məğlub olub. 52
kq çəki dərəcəsində mübarizə aparan Nəsrəddin Məmmədov ukraynalı Stanislav
Qatskonu 17:7 hesabı ilə məğlub edərək, 14 finala yüksəlib. İman Əhmədli (57
kq) komanda yoldaşının uğurunu davam etdirə bilməyib. Boksçumuz Cənubi Koreya təmsilçisi
Honq İn Pyoya 8:13 hesabı ilə uduzub. 70 kq çəki dərəcəsində yarışan Orxan Mayıllı
isə rinqi qalib tərk edib. Həmyerlimiz Belarus idmançısı Qleb Sinkeviçdən üstün
olub – 13:8. Günün sonunda rinqə çıxmış Rahil Məmmədli (80 kq) gərgin mübarizədə
Rusiya nümayəndəsi Ruslan Yurçenkoya 1 xal fərqlə uduzub-15:16. Bu gün dünya birinciliyində
daha 6 boksçumuz növbəti görüşlərini keçirəcəklər.
46 kq - Elnur Şəfizadə - Şaxtimurad Muradov (Türkmənistan)
50 kq – Malik Muradov – Camal Qasım (İraq)
54 kq – Peyman Yusifli – Beqzan Kibitkal (Qazaxıstan)
60 kq - Nurlan Nağıyev –
Fraser Qorn (Şotlandiya)
75 kq – Nəbi Bağırov – Loran Batti (İsveç)
80+kq – Məhəmmədəli Tahirov – Rayan Foulds (Avstraliya)