"Turan Tovuz" klubu "Qarabağ"ın sabiq futbolçusu İbrahima Vacini transfer edib. Bu barədə SİA-ya klubun mətbuat xidmətindən məlumat verilib.
Son klubu "Sent-Etyen" (Fransa) olan hücumçu ilə "1+1" illik müqavilə bağlanıb.
Qeyd edək ki, 30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Molde" və "Hauqesunn", Azərbaycanda isə "Qarabağ"ın formasını geyinib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB