"Qarabağ"ın sabiq hücumçusu "Turan Tovuz"a keçib

31 İyul 2025 12:12 (UTC+04:00)

"Turan Tovuz" klubu "Qarabağ"ın sabiq futbolçusu İbrahima Vacini transfer edib. Bu barədə SİA-ya klubun mətbuat xidmətindən məlumat verilib.

Son klubu "Sent-Etyen" (Fransa) olan hücumçu ilə "1+1" illik müqavilə bağlanıb.

Qeyd edək ki, 30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Molde" və "Hauqesunn", Azərbaycanda isə "Qarabağ"ın formasını geyinib.