Kevin De Bruyne “Napoli” ilə müqavilə imzalayıb

Kevin De Bruyne “Napoli” ilə müqavilə imzalayıb

İngiltərənin "Mançester Siti" klubundan ayrılan Kevin De Bruyne İtaliyanın "Napoli" komandasına keçib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, belçikalı futbolçu ilə 2027-ci ilin yayınadək müqavilə imzalanıb.

İddiaya görə, tərəflər sonradan müqavilənin müddətini daha 1 il müddətinə artıra bilərlər.

Qeyd edək ki, Belçika millisinin də üzvü olan Kevin De Bruyne 2015-ci ildən çıxış etdiyi “Mançester Siti” ilə ümumilikdə 16 kubok qazanıb. O, ötən mövsüm “şəhərlilər”in heyətində 39 matçda 6 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə