"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatına namizədlərin adlarının açıqlanacağı tarix bəlli olub.
SİA xəbər verir ki, nüfuzlu mükafata iddialıların adlarına avqustun 7-də aydınlıq gələcək.
Mükafatın təqdimetmə mərasimi sentyabrın 22-də Parisdə yerləşən “Şatle” teatrında keçiriləcək.
Qeyd edək ki, ötən il “Qızıl top” mükafatını İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Rodri qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə