“Mançester Yunayted” braziliyalı hücumçunun transferini açıqlayıb

İngiltərənin “Mançester Yunayted” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Vulverhemptom”un hücumçusu Mateus Kunyanı transfer edib.

Braziliyalı forvardla 5 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, tərəflər sonradan sözləşmənin müddətini daha bir il uzada bilərlər.

İddiaya görə, Mançester təmsilçisi bu transfer üçün qarşı tərəfə 74,4 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Mateus Kunya 2023-cü ildən "Vulverhempton"da çıxış edirdi. 26 yaşlı hücumçu ötən mövsüm klub səviyyəsində bütün turnirlərdə 36 oyun keçirib, 17 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə