“Araz-Naxçıvan” klubunun futbolçusu Kristian Avram Moldova millisinə dəvət alıb. SİA xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Moldova yığması DÇ-2026-nın seçmə mərhələsində martın 22-də Kişinyovdakı "Zimbru" stadionunda Norveç yığması ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə