"Araz-Naxçıvan"ın futbolçusu milliyə dəvət alıb

5 Mart 2025 15:42 (UTC+04:00)

“Araz-Naxçıvan” klubunun futbolçusu Kristian Avram Moldova millisinə dəvət alıb. SİA xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Moldova yığması DÇ-2026-nın seçmə mərhələsində martın 22-də Kişinyovdakı "Zimbru" stadionunda Norveç yığması ilə qarşılaşacaq.