Azərbaycan klubu türkiyəli basketbolçunu heyətinə qatıb

"Quba" heyətinə türkiyəli basketbolçu qatıb. Bu barədə SİA-ya bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Şəhriyar Əsgərovun baş məşqçisi olduğu kollektiv Tunahan Aslantaşla anlaşıb.

O, mövsümün sonuna qədər komandanın uğurları üçün çalışacaq.

2003-cü il təvəllüdlü türkiyəli basketbolçu artıq "Quba"nın düşərgəsinə qoşulub. O, karyerası ərzində “Samsun İlkadım”, “Bossan”, “AAF Xırdalan” və “Sərhədçi” klublarında oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə