"Quba" heyətinə türkiyəli basketbolçu qatıb. Bu barədə SİA-ya bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Şəhriyar Əsgərovun baş məşqçisi olduğu kollektiv Tunahan Aslantaşla anlaşıb.
O, mövsümün sonuna qədər komandanın uğurları üçün çalışacaq.
2003-cü il təvəllüdlü türkiyəli basketbolçu artıq "Quba"nın düşərgəsinə qoşulub. O, karyerası ərzində “Samsun İlkadım”, “Bossan”, “AAF Xırdalan” və “Sərhədçi” klublarında oynayıb.