Azərbaycan parataekvondoçuları fevralın 8-də keçiriləcək Türkiyə açıq beynəlxalq turnirində mübarizə aparacaqlar. Bu barədə SİA-ya Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
K44 kateqoriyasında Amin Əliyev (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq), Orxan Cəfərov (80 kq) və Şahmar Quliyev (+80 kq) dayanq üzərinə çıxacaqlar.
Turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
Qeyd edək ki, Azərbaycan millisini yarışa baş məşqçi Fərid Tağızadə və komandanın böyük məşqçisi Yaşar Səfərov çıxaracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə