Azərbaycan parataekvondoçuları Türkiyədəki turnirdə iştirak edəcəklər

7 Fevral 2025 11:54 (UTC+04:00)

Azərbaycan parataekvondoçuları fevralın 8-də keçiriləcək Türkiyə açıq beynəlxalq turnirində mübarizə aparacaqlar. Bu barədə SİA-ya Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

K44 kateqoriyasında Amin Əliyev (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq), Orxan Cəfərov (80 kq) və Şahmar Quliyev (+80 kq) dayanq üzərinə çıxacaqlar.

Turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Qeyd edək ki, Azərbaycan millisini yarışa baş məşqçi Fərid Tağızadə və komandanın böyük məşqçisi Yaşar Səfərov çıxaracaq.