Basketbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb

Basketbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb

Basketbol üzrə Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb. SİA xəbər verir ki, tədbir Bakı İdman Sarayında keçirilib.

"Naxçıvan", "Sabah", "Sərhədçi" və "Şəki" komandaları mübarizəyə 1/4 finaldan start verəcəklər.

1/8 finalda "Sumqayıt" - "Neftçi", "Gəncə" - "Ordu", "Abşeron" - "Quba" və "Lənkəran" - NTD qarşılaşmaları gerçəkləşəcək. Bir görüşün nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti raunda yüksələcək.

Turnirə yanvarın 28-də start veriləcək.

Qeyd edək ki, ötən mövsüm Azərbaycan Kubokuna "Neftçi" sahib çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə