"Sabah"ın əməliyyat olunan futbolçusu İvan Lepinitsa 1 ay yaşıl meydanlardan kənar qalacaq. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarımmüdafiəçi qarşıdan gələn "Sumqayıt", "Kəpəz" və "Turan Tovuz"la görüşlərdə meydana çıxmayacaq.
O, Azərbaycan Premyer Liqasının X turunda "Zirə" ilə keçirilən matçda zədələnmişdi.
25 yaşlı oyunçu Xorvatiyanın Zaqreb şəhərində yerləşən klinikalardan birində çiyin oynağının bankart lezionu və çiyin bağlarının yırtığı əməliyyatı olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB