1 ay yaşıl meydanlardan kənar qalacaq

29 Oktyabr 2024 13:00 (UTC+04:00)

"Sabah"ın əməliyyat olunan futbolçusu İvan Lepinitsa 1 ay yaşıl meydanlardan kənar qalacaq. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarımmüdafiəçi qarşıdan gələn "Sumqayıt", "Kəpəz" və "Turan Tovuz"la görüşlərdə meydana çıxmayacaq.

O, Azərbaycan Premyer Liqasının X turunda "Zirə" ilə keçirilən matçda zədələnmişdi.

25 yaşlı oyunçu Xorvatiyanın Zaqreb şəhərində yerləşən klinikalardan birində çiyin oynağının bankart lezionu və çiyin bağlarının yırtığı əməliyyatı olunub.